Ana Sayfa > Karusel / Siyasət > İranlı sabiq deputat: “Azərbaycanın müharibə etməkdən başqa çarəsi yoxdur”
İranlı sabiq deputat: “Azərbaycanın müharibə etməkdən başqa çarəsi yoxdur”29-09-2020, 13:06. Yazar: Admin |
“Dəfələrlə elan etmişik ki, Qarabağ Azərbaycanın ayrılmaz bölgəsidir”.Qarabaginfo.az xəbər verir ki, İran-Azərbaycan parlamentlərarası dostluq qrupunun sabiq sədri Salman Xudadadi deyib. Onun sözlərinə görə, bu gün beynəlxalq qurumlar Azərbaycan müsəlmanlarının axıdılan hər damla qanına görə məsuliyyət daşıyır: “Çünki onların səhlənkarlığı və tənbəlliyinin nəticəsidir ki, məsələ bu yerə gəlib çatıb. Əgər bu qurumlar vaxtında Azərbaycanın haqq olan mövqeyini dəstəkləsəydilər Qarabağ problemi öz həllini tapmışdı və bu gün qan tökülməsinin şahidi olmazdıq”. -Xudadadi qeyd edib ki, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz bir parçası olmasını Ərdəbilin imam cüməsi və ayətullah Xameneinin nümayəndəsi də açıqlayıb və onun tutduğu vəzifəyə görə verdiyi bu açıqlama çox önəmlidir: “İranda 40 milyona yaxın azərbaycanlı yaşayır və onların hamısı həmişə Azərbaycan Respublikasını dəstəkləyib. Xalqım həmişə Azərbaycan xalqını dəstəklədiyini göstərib və onlar üçün can yandırıb”. O, Ermənistanın növbəti hərbi təxribatını da pisləyərək qeyd edib ki, bu gün Azərbaycanın öz ərazilərini işğaldan azad etmək üçün müharibə etməkdən başqa çarəsi yoxdur: “Nə üçün Naxçıvan Muxtar Respublikasının əhalisi öz ölkələri ilə quru yolu ilə əlaqə qura bilməsin? Bu gün bütün region ölkələri fəal olmalı və bu məsələni həll etməlidir. Bu məsələ təkcə Azərbaycan və Ermənistanın problemi deyil, bəlkə də bütün bölgə ölkələrinin problemidir. Hamı bilir ki, Ermənistan Qarabağı işğal edib. Biz ümid edirik ki, tezliklə bu məsələ öz həllini tapacaq və Qarabağ öz sahibinə, yəni Azərbaycana qayıdacaq”. APA Geri dön |