Ana Sayfa > Karusel / Kriminal > Cəzaçəkmə müəssisəsinə azyaşlının cibində psixotrop maddə keçirməyə cəhd olunub

Cəzaçəkmə müəssisəsinə azyaşlının cibində psixotrop maddə keçirməyə cəhd olunub


11-03-2024, 15:14. Yazar: Admin

Cəzaçəkmə müəssisəsinə azyaşlının cibində psixotrop maddə keçirməyə cəhd olunub

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 15 saylı cəzaçəkmə müəssisəsinə psixotrop maddə keçirilməsinin qarşısı alınıb.

Penitensiar xidmətdən Qarabaginfo.az-a verilən məlumata görə, məhkum Əfləddin Xəyyam oğlu Seyfullazadə ilə qısamüddətli görüşə gəlmiş tanışı Ülviyyə Azər qızı Rzayevanın və azyaşlı Z.H-nin əşyalarına və üzərilərinə baxış keçirilib. Bu zaman Z.H-nin şalvarının arxa cibində gizlədilmiş bükülüdə 0,812 qram metamfetamin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.


Geri dön