Ana Sayfa > Karusel / Sosial > Bu il 8 minə yaxın şəxsə əlillik təyin edilib

Bu il 8 minə yaxın şəxsə əlillik təyin edilib


11-03-2024, 12:48. Yazar: Admin

Bu il 8 minə yaxın şəxsə əlillik təyin edilib

Bu ilin yanvar-fevral aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 7,9 min şəxsə əlillik təyin edib.

 

Bu barədə Qarabaqinfo.az -a nazirlikdən məlumat verilib.

 

Qeyd olunub ki, onlardan 3,8 mininə ilkin, 4,1 mininə təkrar əlillik təyinatı aparılıb. Əlillik təyinatından sonra e-sistem üzərindən həmin şəxslərə əlilliyə görə proaktiv qaydada sosial ödənişlər (pensiya, müavinət, təqaüd) təyin olunub.

 

Bildirilib ki, son iki ayda Agentliyin reabilitasiya müəssisələrində əlilliyi olan 18 min şəxsə isə reabilitasiya xidmətləri göstərilib.


Geri dön