Ana Sayfa > Karusel / Siyasət > Qazaxıstan Prezidenti Azərbaycana gəldi

Qazaxıstan Prezidenti Azərbaycana gəldi


11-03-2024, 12:00. Yazar: Admin

Qazaxıstan Prezidenti Azərbaycana gəldi

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev martın 11-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib.

Qarabaqinfo.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.


Geri dön