Ana Sayfa > Karusel / Gündəm > Sükan arxasında videoya baxan "BakuBus" sürücüsü işdən çıxarıldı
Sükan arxasında videoya baxan "BakuBus" sürücüsü işdən çıxarıldı9-03-2024, 15:14. Yazar: Admin |
"Sosial şəbəkələrdə “BakuBus” MMC-yə məxsus avtobusu idarə edən sürücünün xidmət zamanı tum çırtlaması və mobil telefonunda videoya baxmasını əks etdirən video görüntülər yayılıb. Məsələ tərəfimizdən dərhal araşdırılmış, “BakuBus” MMC-nin istismarında olan 211 nömrəli marşrut xəttinin sürücüsü Ceyhun Camalov olduğu müəyyənləşdirilib". Qarabaqinfo.az “BakuBus” MMC-yə istinadən xəbərinə görə, qeyd olunan halın “BakuBus”ın xidmət qaydalarının kobud pozuntusu halı kimi qiymətləndirilib və onun Əmək qanunvericiliyinə uyğun olaraq işdən azad olunması barədə qərar qəbul edilib: Geri dön |