Ana Sayfa > Karusel / Sosial > Dünya Müsəlmanları İcması Şurasının Baş katibi: İslamofobiya faciə halına gəlib
Dünya Müsəlmanları İcması Şurasının Baş katibi: İslamofobiya faciə halına gəlib8-03-2024, 12:23. Yazar: Admin |
"İslamofobiya fərdi təzahürdən çıxaraq, faciə halına gəlib. Bu, böyük təhlükədir". Qarabaginfo.az xəbər verir ki, bunu Dünya Müsəlmanları İcması Şurasının Baş katibi Mohamed Bechari Bakıda keçirilən "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusundakı beynəlxalq elmi konfransda deyib. O, bu cür düşüncələrlə mübarizədə dünya təşkilarlarının aciz davrandığını əlavə edib: "Xüsusilə qərb ölkələrində müsalmanlara qarşı ayrı-seçkilik halları özünü göstərir. Qərb dini və irqi baxımdan onlarla eynilik təşkil etməyənlərə qarşı bu cür yanlış siyasət yürütməkdədir. Biz hesab edirik ki, digər dinlərə qarşı ayrı-seçkilik halları cinayət kimi qəbul edilməli, bu mənada, beynəlxalq qanun hazırlanmalıdır". Baş katib İslamofobiya ideyasının kütləvi dəstək aldığını qeyd edib: "Bu da siyasi düşüncələrdə özünü biruzə verir. Baxmayaraq ki, çox zərərli bir düşüncədir". Mohamed Bechari yekunda tədbirin Bakıda keçirilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıq edib. Geri dön |