Ana Sayfa > Karusel / Dünya > Ramazana görə hər iki tərəf atəşkəs barədə razılıq əldə etməlidir - Ravvin

Ramazana görə hər iki tərəf atəşkəs barədə razılıq əldə etməlidir - Ravvin


7-03-2024, 16:40. Yazar: Admin

Ramazana görə hər iki tərəf atəşkəs barədə razılıq əldə etməlidir - Ravvin

 

“HƏMAS İsrailin hər yerinə raketlər atmağa davam edir. Gündəlik olaraq sığınacaqlara getməyə məcbur qalırıq. HƏMAS burada adətən məscidlərə, yaşayış binalarına, xəstəxanalara raketlər atır. Biz qarşı tərəfin uşaqlardan istifadə etdiyini görürük. Bununla da onlar dünyanı İsrailə qarşı çevirmək istəyirlər”.

 

Qarabaginfo.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında dağ yahudilərinin Tel-Əvivdəki icma rəhbəri, ravvin Şmuel Simantov bildirib.

 

O, qeyd edib ki, qonşu Livandan İsrailə hücumlar başlayıb:

 

“Belə ki, ötən gecə Livandan İsrailə 70-dən çox raket atılıb. Amma bununla bağlı heç bir ölkə danışmır. Digər tərəfdən bu hücumlara açıq şəkildə dəsətək verən ölkələr var. Onların verdikləri dəstəklə terror qruplaşmaları İsrailə hücumlar edirlər.

 

Hazırda tərəflər arasında atəşkəsla bağlı ciddi razılıq yoxdur. Çünki bilirsiniz ki, atəşkəs birtərəfli olmur, buna hər iki tərəf əməl etməlidir. HƏMAS qruplaşmasının bir neçə dəfə atəşkəsi pozduğunun şahidi olmuşuq. Ona görə də Ramazana görə hər iki tərəf razılıq əldə etməlidir”.

 

Ravvin İsraildə azərbaycanlıların vəziyyəti barədə də danışıb:

 

“HƏMAS-ın İsrailə hücumu nəticəsində səkkiz azərbaycanlı terrorun qurbanı olub. Amma hazırda azərbaycanlılar arasında həlak olan və ya yaralılarımız yoxdur. Dəqiq olmayan bir məlumat da var ki, bir nəfərimiz orada əsirlikdədir. Digər tərəfdən azərbaycanlılara təşəkkür edilir. Çünki onlar vəziyyəti çox yaxşı başa düşür və dəstək olurlar”.

 

Qeyd edək ki, HƏMAS-ın İsrailə hücumu ilə başlayan toqquşma 6-cı ayına qədəm qoyub. HƏMAS-ın hücumları nəticəsində İsraildə həlak olan Azərbaycanəsilli şəxslər də var. Belə ki, son məlumatlara görə, onların sayı 8 nəfərdir.


Geri dön