Ana Sayfa > Karusel / Region > Ermənistan hökuməti Yunanıstanla hərbi-texniki əməkdaşlıq sazişini təsdiqləyib
Ermənistan hökuməti Yunanıstanla hərbi-texniki əməkdaşlıq sazişini təsdiqləyib7-03-2024, 11:22. Yazar: Admin |
Ermənistan Nazirlər Kabineti bu gün keçirilən iclasında Yunanıstanla hərbi-texniki əməkdaşlıq haqqında sazişi təsdiqləyib. Qarabaginfo.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, sənəd 2023-cü ilin dekabrında Ermənistanın müdafiə naziri Suren Papikyanın Afinaya səfəri və yunanıstanlı həmkarı Nikos Dendias ilə görüşü zamanı imzalanıb. Qeyd edək ki, 2011-ci ildə tərəflər müdafiə sənayesində əməkdaşlığa dair çərçivə sazişi imzalayıblar. Onun əsasında Yunanıstanın hərbi universitetlərində erməni hərbi qulluqçular təhsil alır. Geri dön |