Ana Sayfa > Karusel / Siyasət > Zakir Həsənov Türkiyənin Baş Qərargah rəisi ilə görüşüb
Zakir Həsənov Türkiyənin Baş Qərargah rəisi ilə görüşüb6-03-2024, 17:57. Yazar: Admin |
Martın 6-da qardaş ölkədə rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasının Silahlı Qüvvələrin Baş Qərargah rəisi ordu generalı Metin Gürak ilə görüşüb. Müdafiə Nazirliyindən Qarabaginfo.az-a verilən xəbərə görə, görüşdə Azərbaycan-Türkiyə münasibətlərin dostluq və qarşılıqlı inam üzərində qurulduğu qeyd edilib, ölkələrimiz arasında mövcud olan əməkdaşlığın bölgədəki sabitliyi təmin edən əsas amillərdən biri olduğu vurğulanıb. Geri dön |