Ana Sayfa > Karusel / Dünya > “Kinli Tramp prezident seçilsə Amerikanı xaos gözləyir” –BAYDEN

“Kinli Tramp prezident seçilsə Amerikanı xaos gözləyir” –BAYDEN


6-03-2024, 10:30. Yazar: Admin

“Donald Trampın ikinci müddətə prezident seçilməsi xaosa, parçalanmaya və zülmətə  qayıdış demək olacaq”.

Qarabaginfo.az CNN-ə istinadən bildirir ki, bu sözləri ABŞ prezidenti Bayden bildirib.

“Dörd il əvvəl mən Donald Trampın Amerika üçün yaratdığı ekzistensial təhlükəyə görə namizədliyimi irəli sürdüm. Trampı kin idarə edir və oğurluqdan qaynaqlanır, o, Amerika xalqına deyil, qisas və intiqam almağa hədəflənib”-deyə  Bayden vurğulayıb.

ABŞ prezidenti həmçinin iş yerləri, inflyasiya, reseptlə satılan dərman qiymətləri və silahlara nəzarət sahəsindəki inkişafı tərifləyib. O bildirib ki, Tramp Ağ Evə qayıdarsa, bütün bu nailiyyətlər risk altına düşəcək.


Geri dön