Ana Sayfa > Karusel / Dünya > Rusiyada İES-də partlayış olub, 16 nəfər yaralanıb

Rusiyada İES-də partlayış olub, 16 nəfər yaralanıb


6-03-2024, 10:23. Yazar: Admin

 

Rusiyada İES-də partlayış olub, 16 nəfər yaralanıb

Rusiya Federasiyasının Tuva Respublikasında istilik elektirik stansiyasında (İES) partlayış olub.

Qarabaginfo.az xəbər verir ki, bu barədə yerli kütləvi informasiya vasitələri məlumat yayıb.

Uluq-Xem rayonundakı Şagoran İES-də baş vermiş partlayış nəticəsində 16 nəfər xəsarət alıb.

Hadisə zamanı ərazidə 23 nəfər olub.

Faktla bağlı araşdırma aparılır.


Geri dön