Ana Sayfa > Karusel / Qarabağ > Ermənilər ikinci dəfə məcburi köçkünlərin binasını hədəf aldı

Ermənilər ikinci dəfə məcburi köçkünlərin binasını hədəf aldı


29-09-2020, 12:09. Yazar: Admin

 

Ermənilər ikinci dəfə məcburi köçkünlərin binasını hədəf aldı

 

Ermənistan ordusu cəbhənin Tərtər istiqamətində yaşayış məntəqələrini hədəf almaqda davam edir.

Qarabaginfo.az xəbər verir ki, bu gün səhər saatlarında da rayonun Şıxarx qəsəbəsində yerləşən əlillər və məcburi köçkünlər üçün inşa edilmiş çoxmənzilli yaşayış binasına yenidən mərmi atılıb.

Nəticədə binaya ciddi ziyan dəyib. Ziyan dəyən binaların ümumi sayı 7-yə çatıb.

Qeyd edək ki, ötən gün də binanın hədəfə alınması nəticəsində 3 mülki vətəndaşımız həlak olub, ikisi yaralanıb. "Qafqazinfo"


Geri dön