Ana Sayfa > Karusel / Region > Gəncə İcra Hakimiyyətində əməliyyat keçirilib? - Rəsmi cavab
Gəncə İcra Hakimiyyətində əməliyyat keçirilib? - Rəsmi cavab4-03-2024, 17:04. Yazar: Admin |
Bu gün mətbuatda hüquq-mühafizə orqanları tərəfindən Gəncə Şəhər İcra Hakimiyyətində əməliyyat keçirildiyinə dair məlumat yayılıb. Xəbəri ilk dəfə "sfera.az" saytı paylaşıb.
Xəbərdə deyilir ki, əməliyyat zamanı Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev və digər müavinlər, eləcə də Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və tikinti şöbəsinin müdiri, Baş memar Elxan Məmmədov saxlanılıb.
Qarabaqinfo.az məsələni dəqiqləşdirmək üçün Gəncə şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlayıb.
İcra Hakimiyyətindən saytımıza açıqlamada bildirilib ki, belə bir əməliyyat keçirilməyib. "Müxtəlif xəbər saytlarında dərc olunan məlumat həqiqəti əks etdirmir", - açıqlamada deyilir. Geri dön |