Ana Sayfa > Karusel / Region > Gürcüstanda xərçəng xəstələri etiraza qalxdı - Baş nazirlə görüş tələb olunur
Gürcüstanda xərçəng xəstələri etiraza qalxdı - Baş nazirlə görüş tələb olunur4-03-2024, 15:07. Yazar: Admin |
Gürcüstanda xərçənglə mübarizə aparan vətəndaşlar və onların ailə üzvləri baş nazirlə görüş tələb edirlər.
Qarabaginfo.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, onların keçirdiyi aksiyanın şüarı "Mən yaşamaq istəyirəm!" şəklindədir.
Mitinq iştirakçıları hökumətin xərçənglə mübarizə proqramının indiyədək xeyirdən çox problem gətirdiyini bildiriblər. Bürokratiya ucbatından xərçəng xəstələri dövlətin əməliyyat və müalicə üçün vəd etdiyi maliyyə vəsaitini aylarla gözləyirlər, həyati vacib dərmanlar satışdan yoxa çıxır.
“Həyat üçün birlik” tərəfindən bəzi tələblər irəli sürülüb. Bunlara dövlət proqramını daha çevik etmək, adambaşına 25 min lari limitini götürmək, müalicəni tam maliyyələşdirmək və dərman qıtlığını aradan qaldırmaq kimi tələblər daxildir. Geri dön |