Ana Sayfa > Karusel / Gündəm > “İçərişəhər” Qoruq İdarəsi maşınlara qadağa qoya biləcək - QƏRAR

“İçərişəhər” Qoruq İdarəsi maşınlara qadağa qoya biləcək - QƏRAR


4-03-2024, 11:25. Yazar: Admin

“İçərişəhər” Qoruq İdarəsi maşınlara qadağa qoya biləcək - QƏRAR

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə yeni səlahiyyət verilib.

 

Qarabaqinfo.az -ın xəbərinə görə, Baş nazir Əli Əsədov bununla bağlı “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun xüsusi rejimi haqqında Əsasnaməyə dəyişiklik edilməsi barədə qərar imzalayıb.

 

Dəyişikliklə Qoruq ərazisindən keçən yollarda nəqliyyat vasitələrinin hərəkəti Qoruq ərazisində yerləşən abidələrin qorunması üçün təhlükə yaradarsa, İdarə onların hərəkətini məhdudlaşdıra və ya qadağan edə biləcək.

 

Qərarın əvvəlki varinatı isə belə idi: "Qoruq ərazisindən keçən yollarda nəqliyyat vasitələrinin hərəkəti Qoruq ərazisində yerləşən abidələrin qorunması üçün təhlükə yaradarsa, İdarə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası qarşısında həmin yollardan istifadəyə məhdudiyyətlərin tətbiqi və ya istifadənin tam dayandırılması barədə məsələ qaldırır".


Geri dön