Ana Sayfa > Karusel / Qarabağ > Xankəndidə narkotik və silah-sursat aşkarlandı

Xankəndidə narkotik və silah-sursat aşkarlandı


4-03-2024, 11:00. Yazar: Admin

 

Xankəndidə narkotik və silah-sursat aşkarlandı

Xankəndidə narkotik vasitə və silah-sursat aşkar edilib.

Bu barədə Qarabaqinfo.az-a DİN-in mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Xankəndi şəhəri ərazisində yerləşən qarajların birindən 3,8 kiloqram çəkidə marixuana, həmçinin şəhər ərazisindən 13 ədəd müxtəlif markalı avtomat silahı, 1 ədəd pulemyot, 11 tüfəng, 7 ədəd qumbara, 3 alışdırıcı, 25 patron darağı, 1718 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.


Geri dön