Ana Sayfa > Karusel / İqtisadiyyat > Cəbrayılda GES-in tikintisi üçün müqavilə imzalanıb

Cəbrayılda GES-in tikintisi üçün müqavilə imzalanıb


1-03-2024, 17:58. Yazar: Admin

 

Cəbrayılda GES-in tikintisi üçün müqavilə imzalanıb

Energetika Nazirliyi ilə “Nobel Energy” şirkəti arasında Cəbrayıl rayonunda 100 MVt gücündə günəş elektrik stansiyasının tikintisi və elektrik enerjisi istehsalı, satışı və istehlakı üzrə Anlaşma Memorandumu imzalanıb.

Qarabaginfo.az xəbər verir ki, sənəd Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərinin 2-ci iclası çərçivəsində imzalanıb.

Sənədə əsasən, 50 MVt-ı ilkin mərhələdə, 50 MVt-ı isə növbəti mərhələdə olmaqla, ümumilikdə 100 MVt həcmində günəş elektrik stansiyasının tikintisi planlaşdırılır.

 


Geri dön