Ana Sayfa > Karusel / Region > Rusların aeroportdan çıxarılması çirkin manipulyasiyadır - Mamicanyan

Rusların aeroportdan çıxarılması çirkin manipulyasiyadır - Mamicanyan


1-03-2024, 16:24. Yazar: Admin

Rusların aeroportdan çıxarılması çirkin manipulyasiyadır - Mamicanyan

 

"Ermənistan rəhbərliyinin Rusiya sərhədçilərinin İrəvandakı Zvartnots aeroportundan çıxarılması ilə bağlı söhbəti çirkin manipulyasiyadır".

Qarabaginfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin müxalif “Şərəfim var” fraksiyasının rəhbəri Hayk Mamicanyan jurnalistlərə bildirib.

 

O əlavə edib ki, hakimiyyətdən fərqli olaraq, sərhədçilərin hansı əsasda yerləşdirildiyini yaxşı başa düşür:

 

"Bu, xarici Avrasiya sərhədi və KTMT-nin xarici sərhədidir".

 

Qeyd edək ki, Ermənistan hakimiyyətinin təmsilçiləri müxtəlif səviyyələrdə Rusiya sərhədçilərinin hava limanından çıxarılmasının zəruriliyi barədə danışıblar.


Geri dön