Ana Sayfa > Karusel / Dünya > Rusiya kosmosda nüvə silahı yerləşdirəcək?- Putin AÇIQLADI

Rusiya kosmosda nüvə silahı yerləşdirəcək?- Putin AÇIQLADI


1-03-2024, 15:34. Yazar: Admin

“Rusiya kosmosda nüvə silahı yerləşdirmək niyyətində deyil”.

Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının üzvləri ilə bugünkü görüşündə bildirib.

Putin qeyd edib ki, bu sahədə təhlükələrin neytrallaşdırılması məsələsi həmişə hakimiyyətin diqqətində olmalıdır.

“Qərbin bəzi fiqurlarının kosmosda nüvə silahı yerləşdirmək planlarımızla bağlı səsləndirdiyi yalanları sizinlə müzakirə etmişik. Dediyim kimi, bizim belə planlarımız yoxdur. Bununla belə, bizim üçün yarana biləcək təhlükələri neytrallaşdıran kosmos məsələsi daim diqqətimizdə olmalıdır”, – Putin əlavə edib.


Geri dön