Ana Sayfa > Karusel / Siyasət > Keçmiş baş həkimlə arvadı öldürüldü 

Keçmiş baş həkimlə arvadı öldürüldü 


1-03-2024, 12:35. Yazar: Admin

kecmis-bas-hekimle-arvadi-olduruldu

Salyan rayonunda ər-arvad qətlə yetirilib.

Qarabaginfo.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Kərimbəyli kəndində baş verib. Saat 10:30-da 1956-cı il təvəllüdlü İsrafil Məmmədov və həyat yoldaşı, 1963-cü il təvəllüdlü Münəvvər Məmmədovanın yaşadıqları evdə üzərlərində zorakılıq əlamətləri olan meyitlərinin olması barədə polisə məlumat daxil olub.

Hazırda hadisə ilə bağlı əməliyyat-axtarış tədbirləri görülür.

Əlavə məlumat veriləcək.

***

İsrafil Məmmədov 2021-ci ilədək Salyan Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin baş həkimi vəzifəsində çalışıb.


Geri dön