Ana Sayfa > Karusel / Gündəm > Penitensiar Xidmətinin sabiq rəisinin həbs qərarı dəyişdirilmədi

Penitensiar Xidmətinin sabiq rəisinin həbs qərarı dəyişdirilmədi


29-02-2024, 13:47. Yazar: Admin

 

Penitensiar Xidmətinin sabiq rəisinin həbs qərarı dəyişdirilmədi

Naxçıvan Muxtar Respublikası Penitensiar Xidmətinin sabiq rəisi, ədliyyə general-mayoru Tofiq Həsənovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

 

Qarabaqinfo.az xəbər verir ki, bu gün Naxçıvan Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Məmmədovun sədrliyi ilə keçirilən prosesdə şahidlərin ifadələri dinlənilib.

 

Tofiq Həsənov məhkəməyə onlayn qaydada qatılıb. Tofiq Həsənov məhkəmədə ifadə verən şahidlərin ifadələri ilə razılaşmayıb və onların heç birindən işə qəbul üçün pul almadığını bildirib.

 

Təqsirləndirilən şəxs Tofiq Həsənovun vəkili Ələkbər Cəfərov məhkəmədə vəsatət qaldıraraq bildirilib ki, 1 ildən artıqdır həbsdə olan Tofiq Həsənov orada nizam-intizamı ilə seçilib, günün tələblərinə cavab verən intizam qaydalarına riayət edib və saxlanıldığı müddətdə heç bir hadisə baş verməyib. Vəkil seçilən həbs qətimkan tədbirini başqa yerə getməmək iltizam qətimkan tədbiri ilə əvəz olunmasını məhkəmədən istəyib. Bununla bağlı, həmçinin Tofiq Həsənovun özü də məhkəməyə ifadə verib. O, saxlama yerində heç bir problemin olmadığını, hər cür şəraitlə təmin olunduğunu deyib. Lakin səhhətində ciddi problemlərin olduğunu, psixoloji cəhətdən problemlər yaşadığını qeyd edən T.Həsənov hər gün müəyyən sayda dərman qəbul etdiyini bildirib və məhkəmənin bunu nəzərə almasını xahiş edib.

 

Məhkəmə vəsatəti əsassız olduğu üçün təmin etməyib.

 

Proses martın 18-də davam etdiriləcək.

 

Qeyd edək ki, Tofiq Həsənov vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsəmədə və rüşvət almada şübhəli bilinərək saxlanılıb.

 

T. Həsənov barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən vəsatət Səbail rayon Məhkəməsinə göndərilib. Məhkəmə vəsatəti təmin edib və general-mayor barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.


Geri dön