Ana Sayfa > Karusel / Təhsil / Qarabağ > Qarabağ Universitetində təhsil alacaq tələbələrin sayı AÇIQLANDI

Qarabağ Universitetində təhsil alacaq tələbələrin sayı AÇIQLANDI


29-02-2024, 12:19. Yazar: Admin

Qarabağ Universitetində təhsil alacaq tələbələrin sayı AÇIQLANDI

2024-cü ilin ən vacib xəbəri Xankəndində Qarabağ Universitetinin fəaliyyətə başlaması olacaq.

 

Qarabaqinfo.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev AMEA-nın Ümumi yığıncağında çıxışı zamanı deyib.

 

"Yəni artıq sentyabrda 1000 nəfər azərbaycanlı gənci Qarabağ Universitetində tədrisə cəlb etməliyik. Buna uğurla nail olacağımıza inanırıq", - o əlavə edib.

 

Nazir il üçün ikinci böyük təşəbbüs kimi Azərbaycan-Türkiyə universitetinin yaradılmasını vurğulayıb:

 

"Bu universitet ölkələr arasında qardaşlıq bağlarının elm və təhsil sahəsində möhkəmlənməsinə xidmət edəcək. Hansı ki irəlidəki 7-8 ay ərzində bu ali təhsil müəssisəsinin qurulmasına nail olunacaq".


Geri dön