Ana Sayfa > Karusel / Dünya > Fransada Makronun impiçmentinə çağırış elan edildi
Fransada Makronun impiçmentinə çağırış elan edildi29-02-2024, 11:47. Yazar: Admin |
Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippo X sosial şəbəkəsindəki səhifəsində Ukraynaya mümkün qoşun göndərilməsi ilə bağlı sözlərindən sonra parlamentariləri prezident Emmanuel Makronu impiçment (etimadsızlıq göstərmək) etməyə çağırıb.
"Makron Fransanı müharibəyə sürükləmək istəyir, o, 3-cü Dünya Müharibəsini başlamağa risk edir. Makron dəli olub, satılıb, Fransaya nifrət edir, onu dayandırmaq lazımdır!”. Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron bildirmişdi ki, Fransa Rusiyanın Ukraynadakı müharibədə qalib gəlməsinin qarşısını almaq üçün hər şeyi edəcək. Onun sözlərinə görə, Qərb ölkələrinin liderləri Ukraynaya qoşun yeritmək imkanlarını müzakirə ediblər, lakin hələlik konsensus əldə olunmayıb.(modern.az) Geri dön |