Ana Sayfa > Karusel / Siyasət > Komendant saatı müddətində xəstəxanaların fəaliyyət qaydası məlum olub
Komendant saatı müddətində xəstəxanaların fəaliyyət qaydası məlum olub28-09-2020, 17:56. Yazar: Admin |
Azərbaycan Respublikasının ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar tətbiq edilən komendant saatı müddətində səhiyyə və sosial sahə üzrə xəstəxanalar, poliklinikalar və digər tibb müəssisələri üzrə xidmətlərin fəaliyyətinə icazə veriləcək. Qarabaginfo.az xəbər verir, bu barədə Nazirlər Kabinetinin Azərbaycan Respublikasının ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə qərarda yer alıb. Qərara əsasən, bu sahələrdə fəaliyyət göstərən şəxslər barədə məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-g ov.az” portalına daxil edildikdən sonra onların hərəkətinə yol veriləcək. Geri dön |