Ana Sayfa > Karusel / Qarabağ > Laçın istiqamətində azan əsgərimizi erməni hərbçilər saxlayıb
Laçın istiqamətində azan əsgərimizi erməni hərbçilər saxlayıb28-02-2024, 13:33. Yazar: Admin |
Laçında xidməti mövqelər arasında əlverişsiz hava şəraitində istiqaməti itirərək azan Azərbaycan hərbçisi Ruslan Pənahov Ermənistan hərbçiləri tərəfindən saxlanılıb. Qarabaginfo.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin Milli Təhlükəsizlik Xidməti yayıb. Onun Sünik vilayətinin Tex kəndi ərazisində təqribən 05:15-də saxlanıldığı bildirilir. Hadisə ilə bağlı cinayət işinin başlanıldığı qeyd olunub. Geri dön |