Ana Sayfa > Karusel / Siyasət > DİN komendant saatı ilə bağlı detalları açıqlayıb
DİN komendant saatı ilə bağlı detalları açıqlayıb28-09-2020, 17:41. Yazar: Admin |
Məlum olduğu kimi, 2020-ci il sentyabr ayının 28-i saat 00:00-dan etibarən Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan olunmuş və bu dövrdə Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında saat 21:00-dan ertəsi gün saat 06:00-dək komendant saatı tətbiq ediləcəkdir. Qarabaginfo.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, komendant saatının qüvvədə olduğu müddətdə şəxslər hərbi vəziyyət rejiminin tətbiq edildiyi inzibati ərazi vahidlərində yalnız xidməti vəsiqə əsasında və “icaze.e-gov.az” portalında qeydiyyatdan keçib xüsusi icazə aldıqda hərəkət edə biləcəklər. Bununla əlaqədar komendant saatının tətbiq edildiyi şəhər və rayonlarda yaşayan yaxud həmin ərazilərə giriş-çıxış edən sakinlərdən və digər şəxslərdən gedəcəkləri ünvanadək olan məsafəni nəzərə alıb komendant saatı başlayanadək səfərlərini, öz işlərini başa çatdırmaq, eləcə də komendant saatı dövründə xüsusi icazə və şəxsiyyəti təsdiq edən sənəd olmadan yaşadıqları (qaldıqları) ünvanı tərk etməmək xahiş olunur.
Həmin müddətdə hərəkətinə xidməti vəsiqə əsasında icazə verilən dövlət orqanlarının əməkdaşlarının, habelə fəaliyyətinə icazə verilən sahələrin siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş, habelə Daxili İşlər Nazirliyi xüsusi icazələrin verilməsi qaydasını təsdiqləmişdir (əlavə olunur). Xidməti vəsiqə əsasında və “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə hərəkətinə icazə verilmiş şəxslərin xidməti və fərdi nəqliyyat vasitələrindən istifadə etmələrinə yol verilir. Komendant saatı müddətində tibb müəssisəsinə təcili tibbi yardım avtomobili ilə yaxud yaxın qohumları tərəfindən aparılan şəxslərin hərəkətinə şərait yaradılacaqdır. Diqqətə çatdırılır ki, vəfat edən şəxsin dini qaydalara uyğun dəfnə hazırlanması üçün onun yaxın qohumları Daxili İşlər Nazirliyinin “102” Xidmətinə və ya “Qaynar xətt”inə (012 590-80-20) etdikləri müraciət üzrə aparılan araşdırmalardan sonra sərbəst hərəkət edə bilərlər. Hərbi vəziyyət rejiminin tələblərini pozan, komendant saatının təmin olunmasına cəlb edilmiş polis əməkdaşlarının və hərbi qulluqçuların qanuni tələblərinə əməl etməyən şəxslər haqqında hüquqi məsuliyyət tədbirləri görüləcəkdir. 28 sentyabr 2020-ci il Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 sentyabr tarixli 358 nömrəli Qərarı ilə təsdiq edilmişdir 1 nömrəli əlavə Azərbaycan Respublikasının ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar tətbiq edilən komendant saatı müddətində əməkdaşlarının xidməti vəsiqə ilə hərəkətinə icazə verilən dövlət orqanlarının (qurumlarının) Siyahısı
2 nömrəli əlavə Azərbaycan Respublikasının ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar tətbiq edilən komendant saatı müddətində elektron imzadan istifadə edilməklə əməkdaşlarının “icaze.e-gov.az” portalından qeydiyyatdan keçməklə hərəkətinə icazə verilən dövlət orqanlarının (qurumlarının) Siyahısı
3 nömrəli əlavə Azərbaycan Respublikasının ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar tətbiq edilən komendant saatı müddətində faliyyətinə icazə verilən sahələrin Siyahısı
1.1. xəstəxanalar, poliklinikalar və digər tibb müəssisələri üzrə xidmətlər;
2.1. kommunal xidmətlər (kanalizasiya və su təchizatı, qaz təchizatı, istilik təchizatı, enerji paylanması); 2.2. elektrik enerjisinin istehsalı və təchizatı; 2.3. su təsərrüfatı və meliorasiya; 2.4. telekommunikasiya və rabitə xidmətləri.
3.1. hava, dəniz, dəmir yolu və avtomobil nəqliyyatı ilə yük daşımaları; 3.2. dəmir yolu, dəniz gəmiçiliyi, liman və avtomobil yolları xidmətləri; 3.3. logistika xidmətləri; 3.4. ictimai nəqliyyatın fəaliyyəti.
4.1. müdafiə sənayesi məhsullarının istehsalı; 4.2. neft avadanlıqları və qurğularının istehsalı; 4.3. qida məhsullarının və onlar üçün xammal istehsalı, qida məhsullarının tədarükü, təchizatı, saxlanması və topdan satışı; 4.4. gündəlik baxım və gigiyena vasitələrinin istehsalı; 4.5. kimyəvi məhsulların istehsalı; 4.6. kənd təsərrüfatı məhsullarının toplanması, istehsalı və emalı, o cümlədən fermer təsərrüfatlarının fəaliyyəti; 4.7. neft və qazın hasilatı, emalı, saxlanması və satışı; 4.8. neft və qazın boru kəmərləri vasitəsilə ötürülməsi; 4.9. metallurgiya sənayesi üzrə fəaliyyət; 4.10. tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri; 4.11. qablaşdırma məhsullarının istehsalı; 4.12. maşın və avadanlıqların istehsalı; 4.13. elektrik avadanlıqlarının istehsalı; 4.14. kompüter, elektron və optik məhsulların istehsalı; 4.15. avtomobil, qoşqu və yarımqoşquların istehsalı; 4.16. sair nəqliyyat vasitələrinin istehsalı; 4.17. tütün məmulatlarının istehsalı; 4.18. sair sənaye məhsullarının istehsalı.
5.1. yanacaqdoldurma məntəqələri.
6.1. məişət tullantılarının yığılması və utilizasiyası.
Xüsusi icazənin verilməsi Q A Y D A S I
3.1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 sentyabr tarixli 358 nömrəli Qərarına 2 nömrəli əlavədə göstərilən dövlət orqanlarının əməkdaşlarına; 3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 sentyabr tarixli 358 nömrəli Qərarına 3 nömrəli əlavədə göstərilən sahələrdə çalışan şəxslərə.
Geri dön |