Ana Sayfa > Karusel / Siyasət > ABŞ şirkəti Putini izləyirmiş- Adı açıqlandı

ABŞ şirkəti Putini izləyirmiş- Adı açıqlandı


28-02-2024, 11:09. Yazar: Admin

ABŞ-ın “PlanetRisk” şirkəti Rusiya prezidenti Vladimir Putinin hərəkətlərini izləməyə çalışıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Wall Street Journal”ın keçmiş jurnalisti Bayron Tau bildirib.

2016-cı ildə şirkət kommersiya məlumatlarından istifadə edərək smartfonları izləmək üçün nəzərdə tutulmuş “Lokomotiv” texnologiyasını işləyib hazırlayıb.

“Rusiya haqqında məlumat toplusunu əldə edən “PlanetRisk” başa düşdü ki, Putinin ətrafındakı telefonları izləyə bilər”, – məlumatda deyilir.

“PlanetRisk” şirkəti izlənən cihazların Rusiya liderinə deyil, siyasi məsləhətçilərə, təhlükəsizlik işçilərinə, sürücülərə və digər personala aid olduğunu bildirib. Eyni zamanda, nəşrin yazdığına görə, onların telefonları sayəsində şirkət Putinin hara getdiyini və hansı mühitdə olduğunu bilirdi.


Geri dön