Ana Sayfa > Karusel / Siyasət > Əhalisinin sayı 3 min nəfərdən az olan bələdiyyələrin yaradılmasına hansı halda yol veriləcəyi məlum olub
Əhalisinin sayı 3 min nəfərdən az olan bələdiyyələrin yaradılmasına hansı halda yol veriləcəyi məlum olub27-02-2024, 12:49. Yazar: Admin |
Azərbaycanda əhalisinin sayı 3 min nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələrin yaradılmasına hansı halda yol veriləcəyi məlum olub. Qarabaginfo.az, bu, “Bələdiyyələrin statusu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, təşkili və ya yenidən təşkili nəticəsində əhalisinin sayı 3 min nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələrin yaradılmasına onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətləri nəzərə alınmaqla yol veriləcək. Nəzərdə tutulan ev təsərrüfatlarının uçotu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada aparılacaq.
Geri dön |