Ana Sayfa > Karusel / Təhsil > Məktəblərə işə qəbul müsabiqəsinin müsahibə mərhələsi başa çatdı

Məktəblərə işə qəbul müsabiqəsinin müsahibə mərhələsi başa çatdı


27-02-2024, 12:31. Yazar: Admin

 

Məktəblərə işə qəbul müsabiqəsinin müsahibə mərhələsi başa çatdı

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində vakant və sosial məzuniyyət yerlərinə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsi üzrə işə qəbul müsabiqəsinin müsahibə mərhələsi başa çatıb.

 

İdarədən Qarabaqinfo.az-a verilən məlumata görə, müsahibə nəticələrinin qiymətləndirilməsi 5 ballıq şkala əsasında aparılıb.

 

Komissiyanın qəbul etdiyi qərara əsasən 5 ballıq şkalaya uyğun olaraq 3-5 bal nəticə göstərən namizədlər müsahibədən uğurla keçmiş, 0-1,99 bal nəticə göstərən namizədlər uğur qazanmamış hesab olunurlar. 2-2,99 ballıq nəticə nümayiş etdirən namizədlərin isə müvafiq təlimlərə cəlb olunduqdan sonra təkrar müsahibəyə dəvət edilməsi nəzərdə tutulur.

 

Nəticələr barədə məlumatlar namizədlərin qeydiyyatdan keçdiyi mobil nömrəyə SMS vasitəsilə göndəriləcək.


Geri dön