Təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə üzrə federal layihənin rəhbəri Vitali Borodin Rusiya Baş Prokurorluğuna şahmatçı Harri Kasparova qarşı cinayət işinin başlanması xahişi ilə müraciət edib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Borodin özü məlumat verib.
Onun sözlərinə görə, Kasparov Qərb kəşfiyyat xidmətlərinin əvvəllər məhkum olunmuş agenti Mixail Xodorkovskinin silahdaşıdır və Rusiya dövlətinə xəyanət edib.
Borodin şahmatçının əsl soyadının Vaynşteyn olduğunu bildirib.
“Kasparov NTV kanalının rəhbərinin müavini Vaynşteynin qardaşıdır. Vaxtilə soyadını dəyişib, o Vaynşteyn idi”, – Borodin qeyd edib.