Ana Sayfa > Karusel / Region > Qafqazda yeni gərginlik: Fransa Ermənistanı forposta çevirir
Qafqazda yeni gərginlik: Fransa Ermənistanı forposta çevirir26-02-2024, 15:12. Yazar: Admin |
Ötən həftə Paris və İrəvanda Fransa-Ermənistan əlaqələrinin genişlənməsi müzakirə olunub. Ermənistan Baş naziri Nikol Paşinyan Parisdə Fransa Prezidenti Emmanuel Makronla görüşüb. Ardınca Fransanın müdafiə naziri Sebastian Lekornu İrəvana səfər edib.
Ermənistanın müdafiə naziri Suren Papikyan Lekornu ilə hərbi əməkdaşlığa dair sənədlər paketi imzalayıblar. Digər müqavilə müdafiə nazirinin müavini Karen Brutyanla adı açıqlanmayan fransız şirkətinin nümayəndəsi arasında imzalanıb. Sazişlərin detalları açıqlanmayıb. Bundan əlavə, Paris İrəvanda hərbi mövcudluğunu da artırmaq niyyətindədir.
Fransa Ermənistana radarlar, gecəgörmə qurğuları tədarük edib. Yeni sazişlərlə Ermənistana qısa, orta və uzun mənzilli hava hücumundan müdafiə vasitələri tədarük ediləcək. Paris, həmçinin İrəvana "Bastion" zirehli texnikalarının yeni partiyasını göndərəcək.
Fevralın 23-də Paşinyan da fransalı nazirlə müdafiə sahəsində əməkdaşlığın inkişafı istiqamətində müzakirələr ediblər. Tərəflər Ermənistan Silahlı Qüvvələrində, o cümlədən hərbi təhsil, döyüş hazırlığı və digər sahələrdə islahatlar çərçivəsində Ermənistan-Fransa əməkdaşlığının vacibliyini vurğulayıblar.
Ümumilikdə görünür ki, Fransa Ermənistanı yeni müharibəyə hazırlaşdırır. Bu hərbi dəstəklə yanaşı siyasi dəstək də hiss edilir. Parisdən Ermənistanı şirnikləndirən bəyanatlar səsləndirilir. Rəsmi Bakı Fransanın təxribatçı mövqeyini sərt tənqid edib.
Fransa Ermənistanı forposta çevirir...
Qarabaginfo.az xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a danışan hərbi ekspert Elxan Şıxaliyev bildirib ki, Fransanın niyyəti Ermənistanı öz forpostuna çevirməkdir: “Bu yaxınlarda Fransanın müdafiə naziri Sebastian Lekornu və bir neçə müdafiə sənayesi şirkətinin rəhbərləri Ermənistana səfər etdilər. Səfər zamanı hərbi texniki və hərbi təhsil haqqında müqavilələr imzalandı. Bizə məlumdur ki, 44 günlük müharibədən sonra Ermənistanın hərbi texniki parkı sıradan çıxarılıb. Ermənistan üçün bunun yerini doldurmaq ciddi zəruriyyətdir. Bu ölkə boşluğu əvvəl Rusiya vasitəsilə doldururdu. İndi isə bu ölkə Rusiya ilə əməkdaşlıq etmək istəmir.Buna görə də Fransa fürsətcil davranaraq bu boşluğu doldurmaq üçün müqavilələri imzalayır. Hazırda Ermənistana silahları heç kəs pulsuz vermir. Çox böyük maliyyə vəsaitlərinin qarşılığında Fransa Ermənistanı silahlandıracaq və əslində onu özünün forpostluğuna götürəcək". Ekspert vurğulayıb ki, hazırda əsas məsələ Fransa və Rusiyanın Ermənistanda münasibtələri necə müəyyənləşdirəcəyidir:
"Silahlanma təbii olaraq, günün birində hansısa ölkəyə qarşı yönəlməlidir.Ermənistan nə qədər biz öz müdafiəmiz üçün silahlanırıq desə də, aydın məsələdir ki, əsas məqsəd günün birində Azərbaycanla mühaibədir. Çünki bunlar nə zaman güclü olurlar, Azərbaycan torpaqlarını işğal etməyə çalışırlar. Yəni şübhə yoxdur ki, Ermənistanın silahlanması onun uzun dövr ərzində Azərbaycanla müharibəsinə planlaşdırır.Fransa Ermənistanı biraz cəsarətləndirir. Xüsusən də, Fransa Ermənistanı öz çətiri altına almaq üçün onu Rusiyanın forpostluğundan çıxarmalıdır. Buna görə də Ermənistanın təhlükəsizliyini təmin etmək üçün onu silahlandırır və yanındaymış kimi görüntü yaradır. Rusiyanın Ermənistanda 102-ci hərbi bazası, eləcə də hərbi hava qüvvələri mövcuddur. Yəni Rusiyanın Ermənsitanda 6 minə yaxın hərbi kontingenti var. Belə olan halda Fransa da bölgəyə enir. Maraqlıdır ki, iki fərqli qütb münasibtələrini necə aydınlaşdıracaq. Biz hələ 3-cü məsələyik. Ermənistan Baş nazirinin axırıncı müsahibəsində Azərbaycanın müharibəyə hazırlaşır deməsi təsadüfi deyil. Deməli, Ermənistan özü müharibəyə hazırlaşır. Bunu bizim adımızadan səsələndirirlər. Zəngilandakı sərhəd hadisəsindən sonrakı mərhələdə siyasilərin danışıqları ümumiyyətlə, müharibə ritorikasıdır. Düşünürəm ki, bunu tətikləyən üçüncü ölkələr Ermənistanı biraz da münaqişəyə təhrik edəcəklər. Xüsusən də, indi Zəngilan hadisəsindən sonra görürük ki, Ermənsitan sərhədə normal nəzarət altında saxlaya bilmir. Ona görə də üçüncü qüvvələrin təxribat törətməsi üçün platformalar açıq şəkildədir. Ona görə də biz sülhdən çox gərginliyin olmağını gözləməliyik".
Ermənistan pis niyyətlərindən əl çəkməsə, cəzalandırılacaq! Hərbi ekspert Ədalət Verdiyev söyləyib ki, Ermənistan Fransa və Hindistandan yeni silahlar alaraq revanşa hazırlaşır:
"Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam şəkildə təmin edib. Bundan sonra Azərbaycan işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri ilə məşğul olur. Prioritelərimiz arasında həm qayıdışı təmin etmək, həm də ordumuzu gücləndirməklə düşməni növbəti müharibədən çəkindirməkdən ibarətdir. Lakin göründüyü kimi, 30 illik işğal tarixinə malik Ermənistan 44 günlük Vətən müharibəsi və ondan sonrakı dövrdə başına gələn fəlakətdən doğru-dürüst nəticə çıxarmayıb. Ermənistan hazırda Fransa və Hindistan kimi ölkələrdən silahlar idxal etməklə yeni müharibəyə, revanşa hazırlaşır. Belə olan halda Azərbaycanın sülh təşəbbüsləri Ermənistan tərəfindən əks fəaliyytlərlə cavab alır. Bu da şərti sərhəddə son həftələr ərzində atəşkəsin pozulması ilə müşahidə olunub".
Ədalət Verdiyev qeyd edib ki, Ermənistan pis niyyətlərindən əl çəkməsə, növbəti dəfə daha ağrılı, acılı şəkildə cəzalandırılacaq:
"Baş verən proseslər onu göstərir ki, Ermənsitan revanş fikirlərindən hələ də əl çəkməyib. Ermənistan dövlət səviyyəsində Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır. Belə olan halda Azərbaycan da öz imkan və potensialını artırır. Müxtəlif müasir silah sistemləri əldə edirik. Ermənistanın növbəti təxribatllarının qarşısını almaq Azərbaycan üçün heç bir problem təşkil etmir. Ermənistan pis niyyətlərindən əl çəkməsə, növbəti dəfə daha ağrılı, acılı şəkildə cəzalandırılacaq". Geri dön |