Ana Sayfa > Karusel / Region > Rusiyada valideynini xüsusi hərbi əməliyyatda itirmiş əlil uşaqlar 2 pensiya alacaqlar

Rusiyada valideynini xüsusi hərbi əməliyyatda itirmiş əlil uşaqlar 2 pensiya alacaqlar


26-02-2024, 15:00. Yazar: Admin

Rusiya hökuməti valideyni hərbi xidmət zamanı, könüllü birləşmədə olarkən və ya digər hərbi xidmət vəzifələrini yerinə yetirərkən həyatını itirən əlil uşaqlara iki pensiyanın verilməsini nəzərdə tutan qanun layihəsini dəstəkləyib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Söhbət ailə başçısını itirməyə görə pensiya və sosial əlillik pensiyasından (və ya əlillik sığortası pensiyasından) gedir.

Nazirlər Kabineti bu pensiyanı almaq hüququ olan şəxslərin siyahısını hazırlamağı tapşırıb.

Qanun layihəsinə verilən izahatda qeyd olunur ki, artıq hərbi qulluqçuların və könüllülərin valideynləri və dul arvadları iki pensiya almaq hüququna malikdirlər.


Geri dön