Ana Sayfa > Karusel / İnfrastruktur > ADY: “Stadler” qatarı manevr edərkən kontakt şəbəkəsində qısaqapanma olub

ADY: “Stadler” qatarı manevr edərkən kontakt şəbəkəsində qısaqapanma olub


26-02-2024, 14:47. Yazar: Admin

 

İlin sonuna qədər daha 4 “Stadler” qatarı Azərbaycana gətiriləcək

Bu gün saat 13:45 radələrində Bakı sərnişin stansiyasında “Stadler” qatarı manevr edərkən kontakt şəbəkəsində qısaqapanma baş verib. Nəticədə qatarın damında tüstülənmə müşahidə olunub.

“Azərbaycan Dəmir Yolları” QSC-dən Qarabaginfo.az-a verilən məlumata görə, qatar heyəti tərəfindən yanğından mühafizə vasitələri ilə hadisənin qarşısı operativ olaraq alınıb.

Qeyd edək ki, depoya gedən qatarda sərnişin olmayıb. Hadisə nəticəsində xəsarət alan yoxdur.


Geri dön