Ana Sayfa > Karusel / Gündəm > MN: Ağdərə istiqamətində düşmən geri çəkilməyə məcbur edilib
MN: Ağdərə istiqamətində düşmən geri çəkilməyə məcbur edilib28-09-2020, 16:09. Yazar: Admin |
Yaşayış məntəqələrimizi atəşə tutan Ermənistan silahlı qüvvələrinin Ağdərə istiqamətində yerləşən artilleriya bölmələrinə zərbələr endirilib. Bu barədə Qarabaginfo.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Artilleriyaçılarımızın sərrast atəşi nəticəsində ağır itkilərə məruz qalan düşmən bölmələri yerləşdiyi atəş mövqelərindən geri çəkilməyə məcbur edilib. Qeyd edək ki, həmin artilleriya bölmələri Ermənistan ordusunun 5-ci dağatıcı alayının tərkibindədir. Geri dön |