Ana Sayfa > Karusel / Gündəm > Azərbaycan və Ermənistan nümayəndələri GÖRÜŞƏCƏK
Azərbaycan və Ermənistan nümayəndələri GÖRÜŞƏCƏK26-02-2024, 11:34. Yazar: Admin |
Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında görüş olacaq.
Qarabaqinfo.az xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
O, görüşün yaxın günlərdə baş tutacağını bildirib. Nazir nümayəndə heyətinin tərkibində kimlərin olacağını açıqlamayıb.
"Münhen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidenti və Ermənistan Baş naziri arasında görüş keçirildi və bundan sonra yenidən prosesə start verilməsi barədə qərar verildi. Yaxın günlərdə Ermənistan nümayəndə heyəti ilə sülh müqaviləsi üzrə fiziki olaraq danışıqların keçirilməsi planlaşdırılır", - nazir deyib.
Qeyd edək ki, yanvarın 31-də Qazax-İcevan sərhədində Azərbaycan baş nazirin müavini Şahin Mustafayev və Ermənistan baş nazirinin müavini Mher Qriqoryan arasında görüş keçirilib. Görüş üçüncü tərəfin iştirakı olmadan baş tutub.
Azərbaycan və Ermənistan liderlərinin Münhendə keçirilmiş ikitərəfli görüşündə isə hər iki ölkənin xarici işlər nazirlərinə tapşırılıb ki, onlar yenidən yaxın zamanda görüşsünlər, sülh müqaviləsi ilə bağlı danışıqları davam etdirsinlər. Eyni zamanda, xarici işlər nazirlərinə sərhədlərin delimitasiyasına dair danışıqların davam etdirilməsi ilə bağlı tapşırıq verilib. Geri dön |