Ana Sayfa > Karusel / Dünya > Makron 20-yə yaxın avropalı lideri təcili Parisə ÇAĞIRDI
Makron 20-yə yaxın avropalı lideri təcili Parisə ÇAĞIRDI26-02-2024, 10:54. Yazar: Admin |
Bazar ertəsi, fevralın 26-da 20-yə yaxın avropalı lider Parisdə bir araya gələrək Rusiya prezidenti Vladimir Putinə Avropanın Ukrayna məsələsindəki qətiyyəti barədə siqnal göndərəcək. Qarabaqinfo.az xəbər verir ki, Fransa prezident Emmanuel Makronun müşaviri jurnalistlərə bildirib ki, Avropa liderləri Kremlin “Rusiyanın Ukraynaya qarşı müharibədə qalib gələcəyi qçılmazdır” iddialarına qarşı çıxmaq istəyirlər. "Biz Putinə çox aydın siqnal göndərmək istəyirik ki, o, Ukraynada qalib gəlməyəcək. Məqsədimiz onun hansısa yolla qalib gələcəyinə inamını məhv etməkdir", - Makronun məsləhətçisi liderindən sitat gətirib. Xatırladaq ki, şənbə günü Rusiya-Ukrayna müharibəsinin 2 ili tamam olub. Geri dön |