Ana Sayfa > Karusel / Qarabağ > Dövlət Komissiyası: Azad olunmuş ərazilərdə indiyədək 13 kütləvi məzarlıq aşkarlanıb

Dövlət Komissiyası: Azad olunmuş ərazilərdə indiyədək 13 kütləvi məzarlıq aşkarlanıb


24-02-2024, 12:08. Yazar: Admin

Müsahibə | A.R. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası

İşğaldan azad olunmuş ərazilərdə indiyədək 13 kütləvi məzarlıq aşkarlanıb.

Qarabaginfo.az xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupu rəhbərinin müavini Eldar Səmədov Xocalı itkilərinin naməlum taleyindən bəhs edən "13" adlı bədii-sənədli filmin təqdimatında deyib.

O bildirib ki, torpaqlarımız işğaldan azad olunandan sonra Dövlət Komissiyasına itkinlərlə bağlı yeni müraciətlər daxil olur.

"Belə müraciətlərdən sonra Xocalı soyqırımı zamanı itkin düşənlərin sayı 196 nəfərdir. İşğaldan azad olunmuş ərazilərdə fevralın 23-də 13-cü kütləvi məzarlıq aşkarlanıb. Sonuncu itkini aşkar edənə qədər çalışacağıq. Bütün itkinlərimizin taleyi aydınlaşacaq", - o bildirib.


Geri dön