Ana Sayfa > Karusel / Gündəm > Mədəniyyət xadimləri və yaradıcı şəxslər xalqa müraciət ünvanlayıb
Mədəniyyət xadimləri və yaradıcı şəxslər xalqa müraciət ünvanlayıb28-09-2020, 15:23. Yazar: Admin |
Məlum olduğu kimi, sentyabrın 27-də Ermənistan silahlı qüvvələri tərəfindən yenidən genişmiqyaslı təxribatın törədilməsi və Azərbaycan Ordusunun düşmənə layiqli cavab verməsi ilə bağlı mədəniyyət xadimləri və yaradıcı şəxslər tərəfindən xalqımıza müraciət ünvanlanıb. Mədəniyyət Nazirliyindən Qarabaginfo.az-a verilən məlumata görə, müraciətdə beynəlxalq hüquq normalarını kobud surətdə pozan Ermənistanın növbəti silahlı təxribatın Azərbaycan ictimaiyyəti, mədəniyyət xadimləri və yaradıcı şəxslər tərəfindən hiddətlə qarşılandığı, BMT-nin Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri, BMT Baş Assambleyasın 2006 və 2008-ci illərdə qəbul olunmuş “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnamələri, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatların müvafiq sənədləri ilə təsdiq olunan Ermənistanın işğalçılığı və təcavüzkarlığı pislənilib. Sentyabrın 28-də bir qrup memar və incəsənət xadimi də eyni məzmunda müraciətlə çıxış edib. Müraciətdə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında xalqımızın qədim memarlıq abidələrini, mədəniyyətimizin ən yüksək nümunələrinin saxtalaşdırıldığı və məhv edildiyinin bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırılmasının vacibliyi ifadə edilərək, belə bir həssas zamanda mənfur düşmənin dövlətimizə qarşı aktiv və təxribatçı informasiya müharibəsi apardığı diqqətə çatdırılır. Qeyd olunur ki, ermənilər və ermənipərəst qüvvələr internet mediada, sosial şəbəkələrdə, bloqlarda, forumlarda Azərbaycana qarşı dezinformasiyaları dövriyyəyə buraxaraq, əsassız, həqiqətə uyğun olmayan məlumatlarla beynəlxalq ictimai rəydə ölkəmizlə bağlı mənfi rəy formalaşdırmağa çalışırlar. Müraciətdə daha sonra deyilir: - Biz Azərbaycan mədəniyyətinin təmsilçiləri hazırda cəbhə bölgəsində, xalqımızın əzəli torpaqlarında Ermənistan tərəfinin təxribatlarının davam etdiyi bu çətin günlərdə Azərbaycan xalqını milli və dövlət maraqlarının qorunmasında həmrəylik nümayiş etdirməyə, rəsmi olmayan, dəqiqləşdirilməmiş məlumatlara inanmamağa, Ali Baş Komandanımızın, rəşadətli Ordumuzun ətrafında sıx birləşməyə çağırırıq. Azərbaycan xalqı öz çoxminillik tarixində bütün müharibə və döyüşlərdə böyük şücaət nümayiş etdirmiş, ən çətin mərhələlərdə ona qarşı həyata keçirilən təcavüzkar fəaliyyətlərin qarşısını qəhrəmanlıqla almışdır. Tarixi ədalət və beynəlxalq hüquq bizim tərəfimizdədir. Tanrı Azərbaycanı və Azərbaycan əsgərini qorusun, xalqımıza və Vətənimizə sülh və əmin-amanlıq bəxş etsin! Biz birlikdə güclüyük! Zəfər bizimlədir! Elbay Qasımzadə – Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri, professor, Əməkdar memar Rasim Əliyev – Əməkdar memar Gülçöhrə Məmmədova – memarlıq doktoru, professor, Əməkdar memar Rizvan Bayramov – memarlıq üzrə fəlsəfə doktoru Rasim Babakişiyev – Əməkdar memar Nəriman İmaməliyev – Əməkdar memar Nazim Vəliyev – Əməkdar memar Kamal Musaxanov – Əməkdar memar Famil Ağayev – Əməkdar memar Faik Yuzbaşev – Əməkdar memar Afiz Əmirxanov – Əməkdar memar Əlibəy Novruzi – Əməkdar memar Ramiz Əbdülrəhimov – Əməkdar ali məktəb işçisi, memarlıq üzrə fəlsəfə doktoru, professor Zahidə Məmmədova – Əməkdar memar, memarlıq üzrə fəlsəfə doktoru Elkin Ələsgərov – Əməkdar memar, memarlıq üzrə fəlsəfə doktoru, professor Xəlil Cəfərov – Əməkdar memar, memarlıq üzrə fəlsəfə doktoru Cəfər Qiyasi – memar, professor, AMEA-nın müxbir üzvü Ertəkin Salamzadə – memarlıq üzrə fəlsəfə doktoru, professor, AMEA-nın müxbir üzvü Faiq İsmayılov – “Azərbaycanın İşqal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələrinin müdafiə təşkilatı” İB-nin sədri Afaq Məlikova – Xalq artisti, rəqqasə Təranə Muradova – Xalq artisti, rəqqasə Rüfət Xəlilzadə – Xalq artisti, rəqqas Roza Cəlilova – Xalq artisti, rəqqasə Yusif Qasımov – Xalq artisti, rəqqas Gülbacı İmanova – Xalq artisti, xormeyster Ağaverdi Paşayev – Xalq artisti, dirijor Firidun Məhərrəmov – Xalq artisti, rejissor Ayan Mirqasımova – Xalq artisti, aktrisa Fəxrəddin Dadaşov – Xalq artisti, kamança ifaçısı Möhlət Müslümov – Xalq artisti, tarzən Ağacəbrayıl Abbasaliyev – Xalq artisti, kamança ifaçısı Zamiq Əliyev – Xalq artisti, tarzən Ağasəlim Abdullayev – Xalq artisti, tarzən Firuz Əliyev – Xalq artisti, tarzən Vamiq Məmmədəliyev – Xalq artisti, tarzən Ceyran Haşımova – Xalq artisti, tar ifaçısı Eldar Mansurov – Xalq artisti, bəstəkar Cavanşir Cəfərov – Xalq artisti, dirijor İlqar Muradov – Xalq artisti, müğənni Cavan Zeynallı – Xalq artisti, müğənni Elnarə Kərimova – Xalq artisti, xormeyster Əlixan Səmədov – Xalq artisti, balaban ifaçısı Kamil Cəlilov – Xalq artisti, qaboy ifaçısı Cahangir Novruzov – Xalq artisti, rejissor, aktyor Sərxan Sərxan (Qurbanbəyov) – Xalq artisti, müğənni Yalçın Adıgözəlov – Xalq artisti, dirijor Yeganə Axundova – Xalq artisti, pianoçu Azər Dadaşov – Xalq artisti, bəstəkar Ülviyyə Hacıbəyova – Xalq artisti, pianoçu Natiq Şirinov – Xalq artisti, nağara ifaçısı Ənvər Sadıqov – Xalq artisti, qarmon ifaçısı Aftandil İsrafilov – Xalq artisti, qarmon ifaçısı Mircavad Cəfərov – Xalq artisti, ud ifaçısı Şəfiqə Eyvazova – Xalq artisti, kamança ifaçısı Sadıq Zərbəliyev – Xalq artisti, zərb ifaçısı Munis Şərifov – Xalq artisti, kamança ifaçısı Vasif Allahverdiyev – Xalq artisti, bəstəkar Fikrət Verdiyev – Xalq artisti, tarzən Brilliant Dadaşova – Xalq artisti, müğənni Mübariz Tağıyev – Xalq artisti, müğənni Tünzalə Ağayeva – Xalq artisti, müğənni Şahnaz Həşimova – Xalq artisti, müğənni Bilal Əliyev – Xalq artisti, müğənni Gülyaz Məmmədova – Xalq artisti, xanəndə Gülyanaq Məmmədova – Xalq artisti, xanəndə Teyyub Aslanov – Xalq artisti, xanəndə Simarə İmanova – Xalq artisti, xanəndə Uran Seyidov – Xalq artisti, violin ifaçısı Şükür Səmədov – Xalq artisti, klarnet ifaçısı Müzəffər Ağamalızadə – Xalq artisti, fleyta ifaçısı Şəhla İbrahimova – Xalq artisti, violin ifaçısı Vitali Astakin – Xalq artisti, trombon ifaçısı Natiq Quliyev – Əməkdar incəsənət xadimi, rejissor Telman Hacıyev – Əməkdar incəsənət xadimi, fleyta ifaçısı Ceyhun Allahverdiyev – Əməkdar incəsənət xadimi, bəstəkar Aydın Əzimov – Əməkdar incəsənət xadimi, bəstəkar. Geri dön |