Ana Sayfa > Karusel / Cəmiyyət > İstanbulda Xocalı soyqırımının ildönümünə dair tədbir keçirilib - FOTO

İstanbulda Xocalı soyqırımının ildönümünə dair tədbir keçirilib - FOTO


23-02-2024, 15:42. Yazar: Admin

İstanbulda Xocalı soyqırımının ildönümünə dair tədbir keçirilib - FOTO

İstanbulda Xocalı soyqırımının 32-ci ildönümünə dair tədbir keçirilib.

Qarabaginfo.az xəbər verir ki, 2 nömrəli Vəkillər Kolleqiyasında Azərbaycanın İstanbuldakı Baş Konsulluğu tərəfindən təşkil edilib.

Tədbirin açılış mərasimində çıxış edən Azərbaycanın İstanbuldakı Baş konsulu Nərminə Mustafayeva Xocalı soyqırımının Azərbaycan tarixinin qanlı səhifəsi olmaqla yanaşı, tarixin dönüş nöqtəsi olduğunu vurğulayıb. Onun sözlərinə görə, dünyanın 17 ölkəsinin qanunverici orqanı tərəfindən Xocalı qətliamı sıyqırım kimi tanınsa da, bu qətliamı törədənlər hələ də cəzalarını çəkməyib.

İstanbul 2 nömrəli Vəkillər Kolleqiyasının sədri Yasin Şamlı da öz növbəsində Xocalı soyqırımına beynəlxalq səviyyədə hüquqi qiymətin verilməsinin xüsusi önəm kəsb etdiyini vurğulayaraq, Türkiyə ilə Azərbaycanın bu istiqamətdə birgə addımlar atmalı olduğunu dilə gətirib: “Hüquqçular bu cinayəti araşdırmalıdır. Xocalıda qadınların, uşaqların və yaşlı insanların hədəf alınması soyqırımının mənəvi tərəfini təşkil edir. Beləliklə, Xocalı qətliamının soyqırım olaraq tanınması üçün iki vacib ünsür - mənəvi və maddi ziyan - dəlil olaraq qeydə alınıb.”

İstanbulun “Aydın Universiteti”nin professoru, beynəlxalq münasibətlər üzrə ekspert Ragıp Kutay Karacanın sözlərinə görə, Xocalı soyqırımının törədilməsi ermənilərin “Böyük Ermənistan” qurmaq xəyalları ilə yanaşı, Azərbaycan türklərinə qarşı bəslədikləri xüsusi nifrətdən irəli gəlib. O qeyd edib ki, Ermənistan o dönəmdə Rusiya və Qərb ölkələrinin dəstəyi ilə Azərbaycan torpaqlarını işğal edərək, Xocalıda soyqırım törədib, lakin bunun cavabını nə qətliamı törədənlər, nə də Ermənistan dövləti məsuliyyətə cəlb olunmayıb.

Digər çıxışçılar da Xocalı soykırımının hüquqi tərəflərinin dərindən araşdırılmasının vacibliyini vurğulayaraq, mətbuatın da bu məsələdə daha aktiv rol oynamalı olduğunu bildiriblər.


Geri dön