Ana Sayfa > Karusel / Dünya > “Paşinyan KTMT üzərindən oyun qurur”- Rusiyalı senator

“Paşinyan KTMT üzərindən oyun qurur”- Rusiyalı senator


23-02-2024, 14:58. Yazar: Admin

Ermənistan Baş naziri Nikol Paşinyan İrəvanın KTMT-də iştirakını dayandırdığını elan etməklə öz oyununu oynayır.

Qarabaginfo.az xəbər verir ki, bunu rusiyalı senator Ayrat Gibatdinov bildirib.

O xatırladıb ki, Qarabağ sakinlərinin təxliyyəsini məhz Rusiya sülhməramlıları təşkil ediblər.

“Müəyyən vaxta qədər Ermənistan rəhbərliyi KTMT çərçivəsində öhdəliklərin keyfiyyətlə yerinə yetirilməsi ilə bağlı suallar qaldırmırdı. Qarabağda vəziyyət gərginləşəndə Rusiya sülhməramlıları arzu edənlərin təxliyyəsini təşkil etdilər. Baxmayaraq ki, iki il əvvəl KTMT çərçivəsində öhdəliklərin Qarabağa aid olmadığını təsdiq edən dialoq baş tutmuşdi. İndi Paşinyan oyun qurmağa çalışır və məsuliyyətini Rusiyanın üzərinə atır”, – senator deyib.


Geri dön