Ana Sayfa > Karusel / Region > Zelenski: Biz yeni əks-hücum əməliyyatı hazırlayacağıq, Rusiyanı sürprizlər gözləyir

Zelenski: Biz yeni əks-hücum əməliyyatı hazırlayacağıq, Rusiyanı sürprizlər gözləyir


23-02-2024, 14:27. Yazar: Admin

 

Vladimir Zelenski

 

Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, ölkəsi 2024-cü ildə təkcə özünü müdafiə etməyi deyil, həm də yeni əks-hücum hazırlamağı planlaşdırır.

Qarabaginfo.az xəbər verir ki, o, bu barədə təmas xəttinin yaxınlığında “FoxNews”a verdiyi müsahibəsində bildirib.

Builki hədəflərə toxunan Zelenski qeyd edib ki, Rusiya kimi bir ölkə ilə qarşıdurmada hətta müdafiə də böyük çağırışdır.

“Müdafiə bir nömrəli vəzifədir”, - Ukrayna lideri vurğulayıb.

Onun sözlərinə görə, Ukrayna Qara dənizdə uğurlu əməliyyatlarını davam etdirəcək: “Mən təfərrüata varmayacağam, amma onları, Rusiyanı sürprizlər gözləyir”.


Geri dön