Ana Sayfa > Karusel / Region > Təhlükə var, ritorikadan görünür - Papikyan
Təhlükə var, ritorikadan görünür - Papikyan23-02-2024, 14:24. Yazar: Admin |
İnkar edə bilmərəm ki, təhlükə var və bu təhlükə indiki ritorikadan görünür. Bizim borcumuz ölkəmizin ərazi bütövlüyünü qorumaqdır. Qarabaginfo.az xəbər verir ki, bu sözləri Ermənistan müdafiə naziri Suren Papikyan fransalı həmkarı Lekornu ilə İrəvandakı görüşündə deyib. O bildirib ki, Ermənistan silah almağa davam edəcək: “Sülh sazişinin imzalanmasından sonra yaxın gələcəkdə bizim hansı təhlükəsizlik vəziyyətində olmağımızdan asılı olmayaraq, Ermənistan silah və sursat almağa davam edəcək. Ermənistan-Fransa əməkdaşlığı Ermənistanın xeyrinədir, heç kimə qarşı deyil. Bizim həm Fransa, həm də İranla əməkdaşlıq etmək hüququmuz var və bunu hamı bilməlidir. Fransalı tərəfdaşlarımız bu tərəfdaşlarla əməkdaşlığa hörmət edirlər, iranlı tərəfdaşlar bu əməkdaşlığa hörmətlə yanaşırlar və mən hesab edirəm ki, rusiyalı tərəfdaşlarımız da bunu etməlidir”.
Geri dön |