Ana Sayfa > Karusel / Təhsil / Gündəm > Təcili yardıma yalan çağırış edənlər daha ağır cəzalandırıla bilər

Təcili yardıma yalan çağırış edənlər daha ağır cəzalandırıla bilər


23-02-2024, 13:37. Yazar: Admin

Təcili yardıma yalan çağırış edənlər daha ağır cəzalandırıla bilər

Milli Məclisdə təcili tibbi yardımla bağlı yalan çağırış edənlərə qarşı cərimələrin məbləğinin artırılmasını təklif edib.

 

 Qarabaqinfo.az xəbər verir ki, bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında deputat Məlahət İbrahimqızı çıxış edib. 


“Təcili tibbi yardıma gün ərzində 3000-dən çox müraciət daxil olur. Onun təxminən 1000-i yalan olur. Bu gün ölkədə infeksion xəstəliklərin sayında artım müşahidə olunur. Belə şəraitdə yalan çağırışlar lazımi şəxslərə çatmaq üçün vaxt itkisinə səbəb olur. İnzibati Xətalar Məcəlləsinin 564-cü maddəsinə əsasən, bilə-bilə yalandan yanğından mühafizə və polis orqanlarını, təcili yardım və ya digər ixtisaslaşdırılmış xidmətləri çağırmağa görə yüz manat məbləğində cərimə edilir. Təklif edirəm ki, cərimənin məbləği artırılsın”, - deyə o bildirib.


Geri dön