Ana Sayfa > Karusel / İqtisadiyyat / Gündəm > Hərracda dollara təlabat 100 milyondan artıq olub

Hərracda dollara təlabat 100 milyondan artıq olub


23-02-2024, 13:10. Yazar: Admin

Hərracda dollara təlabat 100 milyondan artıq olub

22 fevral 2024-cü il tarixində Azərbaycan Mərkəzi Bankında (AMB) növbəti valyuta hərracı keçirilib.

 

Qarabaqinfo.az AMB-yə istinadən xəbər verir ki, hərracda tələb 108.1 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

 

Qeyd edək ki, bu göstərici ötən hərracdan 5.4% çoxdur. Belə ki, 20 fevralda keçirilən valyuta hərracında banklar 102.6 milyon dollar alış həyata keçirib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

 

Xatırladaq ki, cari ilin fevral ayında keçirilən son dörd hərracda dollara tələb 100 milyondan çox olub.


Geri dön