Ana Sayfa > Karusel / Qarabağ / Dünya > Xocalı soyqrımının 32-ci ıldönümü ilə bağlı tədbir keçirilib

Xocalı soyqrımının 32-ci ıldönümü ilə bağlı tədbir keçirilib


23-02-2024, 12:42. Yazar: Admin

Bir 1 nəfər, platforma və mətn şəkili ola bilər

Bu gün Almaniyanın Berlin şəhərində Azərbaycan Respublikasının səfirliyi Mədəniyyət Bölməsində Xocalı soyqrımının 32-ci ıldönümü ilə bağlı tədbir keçirildi. Tədbirdə Azerbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Nəsimi Ağayev ve Xocalı soyqrımının canlı şahidi Səriyyə Müslüm qızı çıxış etdilər.Azərbaycan Respublikası QHT-nın Dövlət Dəstəyi Agentliyinin maliyyəsi ilə erməni təcavüzünün tanıdılması İctimai Birliyinin layihəsi çərçivəsində “Geriyə baxma ” adlı sənədli film nümayiş olundu.Xocalı soyqrımı zamanı qətlə yetirilmiş 63 uşaqdan bəhs edən “Onlar heç vaxt böyüməyəcəklər” kitabı tədbir iştirakçılarına paylanıldı.Tədbirdə diplomatik korpusların nümayəndələri də iştirak etdilər


Geri dön