Ana Sayfa > Karusel / Dünya > Xaricə gedən rusların bank kartı məlumatları və İP ünvanları FTX-ya ötürüləcək

Xaricə gedən rusların bank kartı məlumatları və İP ünvanları FTX-ya ötürüləcək


22-02-2024, 17:29. Yazar: Admin

Rusiyada hava, su, dəmir yolu və avtomobil nəqliyyatı daşıyıcılarından sərnişinlər haqqında bütün məlumatları dövlətə ötürmək tələb olunacaq.

Qarabaginfo.az xəbər verir ki, sentyabrın 1-dən etibarən daşıyıcılar bank kartları, İP ünvanlar, telefon nömrələri, e-poçt ünvanları və müştəri hesablarının parolları ilə bağlı məlumatları toplmalı və dövlət məlumat bazasına göndərməli olacaqlar.

Hazırda yalnız pasportlar və biletlər haqqında məlumat verilir.

“Kommersant” sənədə istinadən yazır ki, bu, Nəqliyyat Nazirliyinin sərnişinlər və şəxsi heyət (ekipaj) haqqında fərdi məlumatların avtomatlaşdırılmış məlumat bazalarının formalaşdırılmasının yeni proseduru haqqında sərəncamından irəli gəlir.

Sərəncama əsasən, bütün məlumatlar FTX, Daxili İşlər Nazirliyi, “Rosqvardiya”, “Rostransnadzor” və “Rosaviasiya”nın daxil olduğu nəqliyyat təhlükəsizliyi üzrə vahid dövlət informasiya sisteminə ötürüləcək. Məlumat yeddi il ərzində orada saxlanılacaq.


Geri dön