Ana Sayfa > Karusel / Kriminal > Şirkətin satış müdirinə 147 min manatlıq mənimsəmə ilə bağlı cinayət işi başlanıb

Şirkətin satış müdirinə 147 min manatlıq mənimsəmə ilə bağlı cinayət işi başlanıb


22-02-2024, 17:27. Yazar: Admin

 

Şirkətin satış müdirinə 147 min manatlıq mənimsəmə ilə bağlı cinayət işi başlanıb

“Best-Tarım” Qapalı Səhmdar Cəmiyyətinə məxsus külli miqdarda pul vəsaitinin mənimsənilməsinə dair müraciət əsasında Sabirabad rayon prokurorluğunda araşdırma aparılıb.

Sabirabad rayon prokurorluğundan Qarabaginfo.az-a verilən məlumata görə, araşdırmalarla QSC-nin satış müdiri Anar Babaşovun qeyriləri ilə birgə 2023-cü il ərzində anbardan müxtəlif qida məhsullarını məxaric edib malların dəyərini xəzinəyə mədaxil etməməsi nəticəsində 147 min manatdan artıq pul vəsaitini mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.


Geri dön