Ana Sayfa > Karusel / Region > Paşinyanın müavini: Delimitasiya ilə bağlı növbəti görüşün vaxtı hələ müəyyən edilməyib

Paşinyanın müavini: Delimitasiya ilə bağlı növbəti görüşün vaxtı hələ müəyyən edilməyib


22-02-2024, 15:23. Yazar: Admin

 

Paşinyanın müavini: Delimitasiya ilə bağlı növbəti görüşün vaxtı hələ müəyyən edilməyib

Ermənistan və Azərbaycan Baş nazir müavinlərinin növbəti görüşünün vaxtı hələ müəyyən edilməyib.

Qarabaginfo.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Baş nazirin müavini Mher Qriqoryan bu gün jurnalistlərlə söhbətində bildirib.

O, delimitasiya prosesinə də toxunub:

“Biz sırf olaraq peşəkar xəritələr olan topoqrafik xəritələrdən danışırıq. İkincisi, əslində delimitasiya prosesi sadəcə xəritələrlə işləmək deyil, bu, ilk növbədə, bu və ya digər xəritənin tərtib olunduğu hüquqi bazanın və bünövrənin müəyyən edilməsidir. Bütün bu nüanslar çox vacibdir və işimizdə nəzərə alınmalıdır”.

Onun sözlərinə görə, hüquqi əsaslarla qeydə alınmış yüksək səviyyəli razılaşmalar, xüsusən də Praqa və Soçidə Almatı bəyannaməsinə açıq-aşkar istinadlar nəzərə alınıb.


Geri dön