Ana Sayfa > Karusel / Gündəm > Azərbaycan MN: Bir az əvvəl düşmənin daha iki tankı məhv edilib

Azərbaycan MN: Bir az əvvəl düşmənin daha iki tankı məhv edilib


28-09-2020, 13:16. Yazar: Admin

 

Azərbaycan MN: Bir az əvvəl düşmənin daha iki tankı məhv edilib

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda Azərbaycan Ordusunun apardığı əks-hücum əməliyyatları davam edir.

Bu barədə Qarabaginfo.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Ordumuzun şəxsi heyətinin döyüş əzmi və mənəvi-psixoloji durumu yüksəkdir, gərgin döyüşlərdə iştirak edən hərbi qulluqçularımız şücaətlə döyüşür.

Sentyabrın 27-si və bu gün Azərbaycan Ordusunun apardığı döyüşlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində Ermənistan qoşunlarının çoxlu sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikaları məhv edilib.

Təqdim edilən videoda bir az əvvəl iki ədəd düşmən  tankının məhv edilməsi anı əks olunub.


Geri dön