Qarabaqinfo.az xəbər verir ki, bu barədə onun vəkili Ələkbər Qarayev bildirib.
İdmançının bu gün Bakıya geri qayıdacağı qeyd olunur.
Vəkil onun Azərbaycan dövlətinin təkidi ilə azadlığa buraxıldığını deyib.
Qeyd edək ki, Kamil Zeynallı Ermənistanın tələbi ilə Moskvada saxlanıldığını bildirib.
Azərbaycan XİN-in Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə bildirmişdi ki, məsələ Rusiyadakı səfirliyimizin nəzarəti altındadır.
Sosial şəbəkələrdə onun saxlanılması ilə bağlı protokol paylaşılıb. Protokola görə, ona qarşı Ermənistan Cinayət Məcəlləsinin 135.1 .1 (insanlıq əleyhinə cinayətlər, qətl), 135.1.6 (işgəncə), 135.1.11 (insan sağlamlığına ciddi ziyan vuran və ya ağır iztirablara səbəb olan digər qeyri-insani əməllər), 140.2.2 (Beynəlxalq silahlı münaqişə və ya beynəlxalq olmayan silahlı münaqişə zamanı heç kəsi sağ qoymamaq barədə əmr vermək və ya belə bir əmrlə hədələmək), 147.1 (muzdlu cəlb etmək) və 149.1 (təcavüzün planlaşdırılması, hazırlanması, təşəbbüsü və ya həyata keçirilməsi) maddələri ilə ittiham irəli sürülüb.